Cari ilin yanvar-sentyabr aylarında nəqliyyat müəssisələrində işləyən 73,6 min muzdlu işçinin 72,1 faizi dövlət, 27,9 faizi qeyri-dövlət müəssisələrində çalışıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, işçilərin 54,3 faizi yerüstü və boru kəməri, 9,2 faizi su, 16,8 faizi hava nəqliyyatı, 19,7 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.
2014-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 3,9 faiz artaraq 560,1 manat olub. Bu göstərici dəniz nəqliyyatında 1043,3 manat, hava nəqliyyatında 822,3 manat, boru kəməri nəqliyyatında 716,9 manat, metro nəqliyyatında 583,7 manat, avtomobil nəqliyyatında 476,1 manat, dəmir yolu nəqliyyatında isə 256,1 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əmək haqqı dəniz nəqliyyatında 41,6 faiz, hava nəqliyyatında 4,6 faiz, boru kəməri nəqliyyatında 1,9 faiz artıb.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,4 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 1,8 faiz artaraq 748,3 manat olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB