Azərbaycan Dəmiryolçularının VIII Plenumu keçirilib FOTO

Azərbaycan Dəmiryolçularının VIII Plenumu keçirilib FOTO

18 noyabr 2015-ci ildə Azərbaycan Dəmiryolçularının MHİRK-in növbəti VIII Plenumu keçirilib. Plenumu giriş sözü ilə açan MHİRK-in sədri Fəzail Bağırov çıxış edərək, Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunması ilə bu qurumun tarixində yeni mərhələnin başlanmasından, qısa zaman ərzində həyata keçirilən irihəcmli layihələrdən, bütün bu işlərdə MHİRK-in Cəmiyyət rəhbərliyi ilə əlbir fəaliyyətindən danışıb. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən SİA-ya verilən xəbərə görə, sonra VIII Plenumun gündəliyində duran "Əməkçilərin sosial-iqtisadi mənafelərinin və hüquqlarının qorunmasında həmkarların rolu haqqında" məsələ ilə bağlı Komitənin təşkilat şöbəsinin müdiri Samir Böyükzadə məruzə etdi. O, dəmiryolçuların sağlamlığının qorunması, təhlükəsizliyinin təmin edilməsi, istehsalatda zədəalma hallarının qarşısının alınması, onlara sağlam iş və istirahət şəraitinin yaradılması, bununla da əməyin mühafizəsinin təşkili, dəmiryolçuların sosial-iqtisadi problemlərinin həlli, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, hələ də mövcud olan problemlərdən danışdı.

Plenumun sonunda "Əməkçilərin sosial-iqtisadi mənafelərinin və hüquqlarının qorunmasında həmkarların rolu haqqında" məsələ ilə bağlı VIII Plenumun qərar layihəsi oxundu.

Plenumun işində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynov iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə