RYTN-nın e-xidmətlərindən 350 min dəfədən çox istifadə olunub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) elektron xidmətlərinin istifadə statistikasına görə dövlət qurumları arasında növbəti dəfə lider olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, oktyabr ayında "Elektron hökumət" portalı üzərindən RYTN-in e-xidmətlərindən 353834 dəfə istifadə edilib.
Portal istifadəçiləri ən çox nazirliyin 6 e-xidmətinə müraciət edib. Bu xidmətlərə "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi", "Telefon nömrəsi üzrə axtarış", "Mobil cihazların qeydiyyatdan keçirilməsi", "Mobil cihazların IMEI kodunun yoxlanılması", "Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi" və "Elektron ödənişlər" daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB