Oktyabrda Ceyhan limanından 2 milyon 285 min 420 ton Azərbaycan nefti dünya bazarına yola salınıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildirilib ki, bu həcmin 1 milyon 440 min 540 tonunu Dövlət Neft Fondunun nefti təşkil edib.
Bu ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi isə 23 milyon 967 min 398 ton olub. Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC istismara verilən gündən cari il noyabrın 1-ə kimi Ceyhan limanından 285 milyon 906 min 488 ton Azərbaycan nefti dünya bazarına çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB