SOCAR prezidenti "Qazprom" la bağlı məsələyə aydınlıq gətirdi
"Rusiyanın "Qazprom" şirkəti İrana satacağı qazı Azərbaycan kəməri ilə nəql edə bilər". SİA-nın məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.
Rövnəq Abdullayev bildirib ki, Azərbaycana hələlik belə bir təklif edilməyib: "Amma bizim kəmərdən istifadə edə bilərlər. Biz çalışırıq "Qazprom"la svop əməliyyatlar həyata keçirək".
Qeyd edək ki, bir neçə gün öncə Rusiyanın "Kommersant" qəzeti yazıb ki, "Qazprom" Azərbaycan ərazisindən keçməklə İrana təbii qaz nəql edə bilər. Nəşr iddia edir ki, Tehran Rusiya və İran nümayəndə heyətləri arasında aparılan danışıqlar zamanı belə bir razılıq əldə olunub. Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, Rusiya İran tərəfinə svop əməliyyatlar təklif edir.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB