2015-ci ilin ilk 9 ayında ölkədə 40,7 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz çox ümumi daxili məhsul istehsal olunub. Dövlət Statistika Komitəsindən bildirilib ki, ÜDM-in 34,2 faizi sənayedə, 13,5 faizi tikintidə, 6,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində istehsal olunub, 38,3 faizi isə xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil edib.
Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 6,4 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi son bir il ərzində 58,5 faizdən 68,8 faizədək yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB