Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyri-neft məhsullarının ixracının artırılmasına dair verdiyi tapşırığın icrası olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi dünən keçirilmiş geniş kollegiya iclasında ixracın stimullaşdırılması üçün təkliflər paketinin hazırlanması barədə qərar qəbul edib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, eyni zamanda, iclasda nazirlik ixrac xərclərinin azaldılması məqsədi ilə qeyri-neft məhsullarına mənşə sertifikatının verilməsi üçün ekspertiza xidmətlərinə görə tariflərin 30 faizədək azaldılması barədə Tarif (qiymət) Şurasına müraciət etməyi qərara alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB