Muzdla çalışan işçilərin əmək haqqı artıb

Muzdla çalışan işçilərin əmək haqqı artıb

2015-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1509,8 min nəfər olub, onlardan 880,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 629,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə,
muzdla işləyənlərin 22,1 faizi təhsil, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,2 faizi sənaye, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 5,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi informasiya və rabitə, 17,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2015-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4 faiz artaraq 460,1 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Bütün xəbərlər Facebook səhifəmizdə