“Tədqiqat bülleteni”nin ikinci nömrəsi hazırlanıb

“Tədqiqat bülleteni”nin ikinci nömrəsi hazırlanıb

Mərkəzi Bankın elektron nəşri olan "Tədqiqat bülleteni"nin 2015-ci il üzrə nöbəti - ikinci nömrəsi hazırlanmış və Mərkəzi Bankın internet səhifəsində yerləşdirilib. Mərkəzi Bankdan SİA-ya verilən xəbərə görə, bülletendə II rübdə dünya iqtisadiyyatında baş verən iqtisadi proseslərin icmalı verilib, qlobal bazarlarda vəziyyət və aparılan iqtisadi siyasətlər əks olunub.

Burada həmçinin Norveç Mərkəzi Bankının proqnozlaşdırma təcrübəsi, inkişaf iqtisadiyyatı və qlobal maliyyə və ödəniş sistemləri üzrə son tədqiqatların nəticələri verilib.

Bülletenin Maliyyə savadlılığı bölməsində maliyyə savadlılığının inklüzivlikdə rolu əks olunub. Bu dəfəki nömrənin İqtisadi sözlük bölməsində isə son dövrlər mərkəzi bankların təcrübəsində geniş istifadə edilən qeyri-ənənəvi siyasət tədbirlərinə dair məlumat verilib.

Bülletenin fundamental tədqiqatlar bölməsində isə Mərkəzi Bankda aparılan son tədqiqat işləri haqqında da məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə