Musa Quliyev: "Bu, ciddi bir siqnaldır" AÇIQLAMA

Musa Quliyev: "Bu, ciddi bir siqnaldır" AÇIQLAMA

"2016-cı ilin büdcə layihəsi inkişafa, sosial müdafiəyə xidmət edən və elmi proqnozlara əsasən hazırlanmış mükəmməl layihədir". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Musa Quliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. O, büdcə layihəsinin təhlili və tərtibatı ilə bağlı verdiyi rəyə və tövsiyyələrə görə Hesablama Palatasının nümayəndələrinə təşəkkür edib.

Millət vəkili 2016-cı ilin büdcə layihəsinin Azərbaycan əhalisinin sosial rifah halının yaxılaşdırılmasına xidmət etdiyini diqqətə çatdırıb: "Növbəti ilin büdcə layihəsində kiçik və orta sahibkarlığın inkişafı da nəzər alınıb. Büdcənin artmasında qeyri-neft sektorunun rolunun inkişafına öz töhvələrimizi verməliyik. Kənd-təsərrüfatına xüsusi önəm verməliyik. Bu, həm də strateji və siyasi məsələdir. Kənd-təsərrüfatının inkişafı kənd əhalisinin həyatının yaxşılaşmasına xidmət edən məsələdir.

M.Quliyev Prezident İlham Əliyevin 30 minə yaxın iş yerinin bağlanması ilə bağlı səsləndirdiyi fikirlər barədə də danışıb: "Bu, ciddi bir siqnaldır. Geniş təhlil olunmalı və ictimailəşdirilməldir ki, hansı səbəblərdən iş yerləri bağlanıb. Bunun obektiv və subyektiv səbəbləri aradan qaldırlmalıdır".

Millət vəkili Azərbaycanda səhiyyə sisteminin son illərdə inkişafının hər kəsi sevindirdiyini qeyd edib: "Artıq Azərbaycanda dünyada ən aparıcı klinikalarda aparılan əməliyyatlar icra olunursa bu, yalnız fəxr olunmalı haldır. Gələn ildən gec olmayaraq icbari tibbi slğortanın tətbiqinə başlamalıyıq. Növbəti il pilot şəklində bu istiqamətdə işlər başlanılmalıdır. İcbari tibbi sığorta səhiyyəmizin gələcəkdə də inkişafını təmin etmiş olacaq".

M.Quliyev Azərbaycanda hər il 130-150 hər iki qulağı kar uşaq doğulduğunu, 3 yaşadək əməliyyat olunmasalar, ömürlük belə qala biləcəklərini diqqətə çatdırırb: "Onların əməliyyatı üçün dövlətin vəsait ayırmasını təklif edirəm. Büdcədən 2-2,5 milyon manat ayırmaqla hər il bütün belə uşaqları əməliyyat etdirmək olar".

Millət vəkili bildirib ki, diplomatik işçilər xarici ölkələrdən daşınan əmlaklarını gətirəndə gömrük rüsumlarından azad olurlar. O, bu güzəştin beynəlxalq təşkilatlarda işləyən, diplomat statusu olmayanlara şamil olunmasını da təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə