Azərbaycanın neft və qeyri-neft sektoru üzrə qazancı FOTO

Azərbaycanın neft və qeyri-neft sektoru üzrə qazancı FOTO

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin verdiyi statistik məlumatlara görə, 2015-ci ilin ilk 8 ayı ərzində Azərbaycanın ümumi ixracdan qazancı 8 183 486,76 dollar təşkil edir. SİA xəbər verir ki, ixracın 84,67 faizini neft, 15.33 faizini qeyri neft sektoru təşkil edir. İlk 8 ay ərzində ixrac olunan xam neftdən 6 394 879,77 dollar qazanc əldə edilib, bu isə ümumi qazancın 78,14 faizi təşkil edib. Neft məhsullarından isə 534 354,59 dollar qazanc əldə olunub, bu isə ümumi qazancın 6.53 faizini təşkil edir.

Təbii qaz ən çox ixrac olunan məhsullar arasında xam neft və neft məhsullarından sonra 3-cü gəlir. Bu sahə üzrə qazancımız 159 535,44 dollara bərabərdir.

Qazanclı sahələrə aid olanlara – meyvə-tərəvəz, şəkər, bitki və heyvan mənşəli piylər, plastmassa və onlardan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, spirtli və spirtsiz içkilər, çay, emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri də aiddir. Qeyri neft sektoru sahəsindən qazancımız isə 1 254 162.4 dolları təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə