Fəttah Heydərov: "Neftin ucuzlaşması qlobal siyasətin təzahürüdür" AÇIQLAMA

Fəttah Heydərov: "Neftin ucuzlaşması qlobal siyasətin təzahürüdür" AÇIQLAMA

"Azərbaycan Respublikasında 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi uğurlu və səlis tərtib olunub. Büdcə zərfi iqtisadi həyatın bütün sahələrini əks etdirir". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov Milli Məclisdə "2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

F. Heydərov söyləyib ki, dünyada neftin qiymətinin aşağı düşməsinə baxmayaraq Azərbaycanda bütün sahələrdə davamlı inkişaf özünü göstərməkdədir: "Ölkəmiz sürətlə inkişaf edir. Azərbaycanda sabitlik hökm sürür. Fikrimcə, neftin qiymətinin aşağı düşməsi qlobal siyasətin təzahürüdür. Hesab edirəm ki, bu, belə qalmayacaq".

Millət vəkili "2016-cı ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin reallığı əks etdirdiyini bildirərək, Milli Məclisin plenar iclasına tövsiyə olunmasını təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə