“Sun” sosial layihələrə başladı

“Sun” sosial layihələrə başladı

Hər zaman insanların sağlamlığına böyük qayğı ilə yanaşan və bu istiqamətdə müxtəlif sosial layihələr reallaşdıran "Azərsun Holdinq"ə məxsus "Sun" markası növbəti dəfə ənənəsinə sadiq qalıb. SİA-nın məlumatına görə, yüksək keyfiyyəti ilə istehlakçıların rəğbətini qazanmış ybu marka uşaqlar və yeniyetmələr arasında gigiyenanın təbliği məqsədi ilə növbəti aksiyaya start verib. "Sun" bu məqsədlə Bakının 11 rayonunda fəaliyyət göstərən orta məktəbləri əhatə edəcək layihənin reallaşdırılmasına başlayıb.

Hər kəs gündəlik həyatda mikrob, virus və infeksiyalarla (növbəti yazılarda MVİ) təmasda olmaq təhlükəsi yaşayır. Təhlükə mənbəyi ictimai nəqliyyat və digər kütləvi məkanlar, ev və çöl heyvanları, hətta öz yaşadığımız evlər ola bilər. Buna səbəb MVİ-rin yayılma yolları və müxtəlif hava şəraitlərinə dözümlü olmasıdır. Uşaqların aktiv həyat tərzi sürdüyündən onların mikroblarla təmasda olmaq ehtimalı isə daha yüksəkdir. Yeniyetmələrə vaxtlı vaxtında və düzgün şəkildə gigiyenik kağız məhsullarından istifadəni aşılamaq bu baxımdan çox vacibdir, şəxsi gigiyena qaydalarına düzgün şəkildə əməl etməyin təbliği ilə, böyüməkdə olan nəslin sağlam böyüməsinə mühüm töhfə veriləcək.

Reallaşdırılan layihənin məqsədi uşaqlara kiçik yaşlardan təməl şəxsi gigiyena vərdişlərini aşılamaq, valideyinləri mövcud təhlükələr haqda bir daha məlumatlandırmaq və sağlamlığa önəm verən nəsil yetişdirir.

Geniş sosial layihələr, təbii ki, bununla bitmir, "Sun" markası artıq 20 ilə yaxındır ki Azərbaycanda fəaliyyət göstərir, və müstəqil ölkəmizin ilk yerli istehsalı olan markalarından biridir. Məhz ilk yerli gigiyenik kağız markası olma şansı "Sun"un sağlam nəslin yetişməsindəki rolunu daha da gücləndirir, məsuliyyətini artırır.

Mikroblar gündəlik həyatda hər yerdə gözləyib təhlükə yarada bilər. Məktəblər, ictimai nəqliyyat, istirahət və əyləncə obyektləri, ümumiyyətlə, insanların çox sayda ziyarət etdiyi məkanlar bu baxımdan təhlükə mənbəyi rolunu oynayır.

Sağlamlığın qeydinə qalması üçün azyaşlıların hər gün çantasında yaş və quru cib dəsmalları olmalıdlr, ayaq yoluna getdiyi zaman mütləq şəkildə tualet kağızı tələb etməlidirlər və ya çantalarındakı yaş və quru cib dəsmallarını istifadə etməlidirlər.

Yaş dəsmalların tərkibindəki antibakterial məhlullar evdən kənar şəraitdə əlləri təmiz tutmağa qulluq edən ən ideal vasitədir. Quru cib dəsmalları ilə tualet kağızlarından istifadə isə qurulanmaları zamanı iltihabın, soyuqdəymənin və bundan sonra yarana biləcək mikrobların qarşısını almağa son dərəcə vacib vasitə kimi kömək edir.

Qeyd edək ki, 2008 və 2010-cu illərdə "Sun" markası tərəfindən reallaşdırılan "Gigiyena Tədrisi" layihəsi minlərlə məktəblini əhatə etmişdi, yeniyetmələrin və valideynlərin maariflənməsinə mühüm töhfə vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə