Bu il 170 yaşayış məntəqəsi qazlaşdırılıb

Bu il 170 yaşayış məntəqəsi qazlaşdırılıb

"Azəriqaz" İstehsalat Birliyi tərəfindən yanvar-avqust aylarında respublikanın 170 yaşayış məntəqəsi qazlaşdırılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildirilib ki, "Azəriqaz" İB tərəfindən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən işlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələri "mavi yanacaq"la təmin olunur.

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə birlik tərəfindən cari ilin 8 ayında 7 min 962 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarı üçün isə 377 kilometrlik qaz kəmərləri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-avqust ayları ərzində respublikanın 170 yaşayış məntəqəsi qazlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə