Qazaxda sahibkarlara 13 milyon manat kredit verilib

Qazax rayonunda son 6 ayda əhaliyə 13.096.029 manat kredit verilib. Bunun 9.473.221 manatı qısamüddətli, 3.622.808 manatı isə uzunmüddətlidir. Rayon icra hakimiyyətindən bildiriblər ki, bundan əlavə, Sahibkarlğa Kömək Milli Fondu tərəfindən də sahibkarlara 766.000 manat kredit verilib.

Rayonda 7 özəl bank filialı, 2 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 4 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə