Ağsu rayonunda meyvə yığımı davam edir. Rayon statistika idarəsindən verilən məlumatda bildirilir ki, indiyədək rayon üzrə 1409 ton meyvə tədarük olunub. Bu göstərici ötən ilin müvafiq dövründəkindən 50 ton çoxdur.
Rayonda yazlıq, ümumiyyətlə tez yetişən meyvələr, o cümlədən çiyələk, alça, ərik, şaftalı, göyəm yığılır. Bağlarda bol meyvə var. Sakinlər 2015-ci ili "meyvə ili" adlandırırlar. Əksər ərazilərdə, o cümlədən Növcü, Ərəbmehdibəy, Kəndoba, Bozavand, Dağlıq Kalva, Dilman və sair yerlərdə sakinlər bağlardan yüksək məhsul götürürlər.
Rayonda cari ildə nar, heyva, alma, armud bağlarından da bol məhsul gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB