"Çilov" yatağında yeni quyu istismara verilib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, Dövlət Neft Şirkətinin Kompleks Qazma İşləri Tresti tərəfindən "Çilov" yatağındakı 112 nömrəli özüldə qazılmış 113 nömrəli quyunun istismara təhvil verilməsi istiqamətində aparılmış işlər uğurla nəticələnib, Qala-3 Lay Dəstəsinin 1243-1237 metr intervalına perforasiya olunub.
Quyu sutkada 50 ton neft, 4000 kubmetr qaz hasilatı ilə istismara qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB