“AtaBank” bankomatların sayını artırır

“AtaBank” bankomatların sayını artırır

"AtaBank" ASC filial şəbəkəsi ilə yanaşı bankomat şəbəkəsinin də genişləndirilməsinə xüsusi diqqət yetirir. SİA-ya verilən məlumata görə, "AtaBank" müştərilərin rahatlığı üçünmetro stansiyalarda yeni tipli bankomatlar yerləşdirir. Yeni bankomatlar "Elmlər Akademiyası", "Qara Qarayev" və "Əhmədli" metro stansiyalarında quraşdırılaraq müştərilərin ixtiyarına verilib. Hazırda bankın fəaliyyət göstərən ATM-lərinin sayı 85 ədəd təşkil edir. Onlardan 3-ü səyyar bankomatlar olan "AtaMatik" Şəmkir, Qazax, Tovuz, İsmayıllı, Mingəçevir və Gədəbəy rayonlarının ucqar kəndlərində müştərilərin xidmətindədir.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" ASC-nın bankomatları siyahısı:http://atabank.com/index.php?sid=130

Bütün xəbərlər Facebook səhifəmizdə