"Bu gün geni modifikasiya olunmuş (GMO) məhsullarla mübarizə aparmaq çətin məsələdir". Bu sözləri Azad İstehlakçılar Birliyinin sədir Eyyub Hüseynov jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkəmizə geni dəyişdirilmiş məhsulların gətirilməsində maraqlı olan qüvvələr var. Lakin ölkə daxilində də belə məhsulların gətirilməsinə çalışan insanlar var: "Azərbaycana GMO-ların gətirilməsi ilə bağlı olaraq xarici qüvvələr fəaliyyət göstərir. Ölkə daxilində də asan yolla gəlir əldə etmək istəyən insanların olması belə məhsulların ölkəyə daxil olmasına zəmin yaradır. Beynəlxalq Karfagen protokoluna görə, geni modifikasiya olunmuş məhsullardan istifadə edilməsi, satışı və artırılması qadağandır. Lakin buna dünya ölkələri də riayət etmir".
Eyyub Hüseynov qeyd etdi ki, ölkəmizdə GMO-larla mübarizə ilə bağlı dövlət səviyyəsində işlərin aparılmasına baxamayaraq, cinayət işləyən insanlar var. Azərbaycanda cəmi 2 GMO yoxlayan laboratoriya var. Bu da azlıq təşkil edir: "Azərbaycanda İnsan Hüquqları İnstitutu tərəfindən GMO-larla bağlı kitabçalar çap edilib, təbliğat işi aparılır. Dövlət səviyyəsində aparılan işlərə baxmayaraq, xaricdən daxil olmaların qarşısını almaq mümkün olmur. Azərbaycanda cəmi 2 sərhəd məntəqədə GMO laboratoriyası qurulub, lakin bu, azlıq təşkil edir. Bunun üçün ciddi tədbirlər planı hazırlanmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB