"Mərkəzi Bankın kommersiya banklarına manatla kreditlərin verilməsinə qadağa qoyması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil". SİA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi Siyasət Komitəsinin bu gün keçirilən iclasında iştirak edən Mərkəzi Bankın İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev son zamanlar kommersiya banklarının müştərilərə ancaq dollarla krediti təklif etməsi məsələsinə aydınlıq gətirərkən deyib.
A. Quliyev deyib ki, bu gün kommersiya bankları manatla kreditlərin verilməsini davam etdirirlər: "Ancaq, bu gün kommersiya bankları manatla deyil, dollarla kredit verməyə üstünlük verirlər. Çünki, ölkədə devalvasiya ilə əlaqədar dollarlaşma prosesi gedir. Yəni, devalvasiyadan sonra ölkə əhalisinin əksəriyyəti öz manatlarını dollar çevirib. Bu gün bankların resurslarının əksəriyyəti dollarladır. Ona görə də banklar risklərini minumuma endirmək üçün dollarla kredit verməyə üstünlük verirlər. Amma bu o demək deyil ki, bankların müştərilərə dollarla kredit verməsi məcburidir. Çünki, bank-müştəri münasibətləri müqavilə ilə tənzimlənir".
A. Quliyev qeyd edib ki, Mərkəzi Bank əksər kommersiya banklarına manat ehtiyaclarının optimal şəkildə təmin olunması üçün "pəncərə" açıb: "Kommerisya banklarının manatla kredit verməsi üçün onların manatla ehtiyatları olmalıdır. Bu istiqamətdə Mərkəzi Bank faktiki işlər görür.
A. Quliyevin çıxışına reaksiya verən millət vəkili Vahid Əhmədov isə deyib ki, Azərbaycanda yeganə ödəniş vasitəsi manatdır, dollar ödəniş vasitəsi deyil: "Ona görə də kommersiya bankları ziyana getsələrdə manatla kredit verməlidirlər. 20 ildir kommersiya bankları qazanır, bir il ziyana düşsə nə olar? Dünya dağılacaq? Amma sahibkara manatla kredit verilməlidir. Çünki, onun fəliyyətindən ölkənin iqtisadiyyatı, əhalinin həyat şəraiti asılıdır".
V. Əhmədov vurğulayıb ki, ölkədəki iqtisadi proseslərlə bağlı informasiya qıtlığı var və vəziyyətlə bağlı müvafiq dövlət strukturları əhalini məlumatlandırmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB