Müslüm İbrahimov: “Transmilli şirkətlər monopolik mövqe tuturlar” AÇIQLAMA
"Dünya bazarında mənfəət normasının aşağı olması xarici inverstorları cəlb etmir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Müslüm İbrahimov deyib.
Onun sözlərinə görə hər bir sahənin mənfəət norması var, mənfəət norması da invenstisiyaların rentabelliliyidir. Baxmayaraq ki, bizdə kənd təsərrüfatında müəyyən güzəştlər olunsa var təəssüf ki, mənfəət norması aşağıdır. Bu da xarici inverstorları cəlb etmir. Kənd təsərrüfat məhsulları adətən dünya bazarında artıq ixrac məhsulu kimi nəyinki qəbul etmir, dünya iqtisadiyyatında da onların mənfəət norması çox aşağıdır. Artıq transmilli şirkətlər var ki, onlar kənd təsərrüfat məhsullarının dünya bazarına çıxışında monopolik mövqe tuturlar. Bu da əsas neft sahəsilə müqayisədə kənd təsərrüfatı sahəsinin rəqabət qabiliyyətinə görə və mənfəət normasına görə də aşağıdır. Odur ki, kənd təsərrüfatına investisiyaları cəlb etmək, müəyyən dərəcədə funksional baxımdan xarici investorların tam tələblərinə uyğun deyil. Bu o deməkdir ki, xarici investor hansısa ölkəyə gedib investisiya qoyanda, konkret hansısa bir şirkətə qoyur və ya hansısa bir torpağı alır. Bizdə isə torpaqlar kənd təsərrüfat istehsalçıları arasında bölüşdürülüb və müəyyən dərəcədə torpaq və aqrar münasibətlərdə tam inkişaf yoxdur. Düşünürəm ki, investisiya indiki addımlara görə fermer təsərrüfatının irəliləməsi, aqroparkların yaradılması, əsasən aqroparkın yaradılmasında artıq xarici investisiyaların cəlb olunması sürəti daha da artıracaq. Ona görə ki, aqroparklarda istehsaldan başqa müəyyən vergi güzəştləri də var və bununla yanaşı xarici investorlara münbit şərait yaradılır".
Ekspert onu da qeyd etdi ki, kənd təsərrüfatına investisiya cəlb etmək üçün beynəlxalq təcrübədən istifadə olunmalıdır. Belə ki, qarşılıqlı sərmayə və şərait yaradılması prosesinə keçilməlidir: "Bundan başqa, ümumiyyətlə aqrar diplomatiyada belə bir yanaşma var ki, hansısa bir ölkə ilə birbaşa aqrar məhsullar üzrə idxal-ixrac aparırsansa bu ölkələrlə investisiya üçün şərait tətbiq edirsən. Məsələn, mən hansısa bir ölkədən daha çox məhsulları idxal edirəmsə, növbəti formada mən tələb edirəm ki, mənim kənd təsərrüfatı məhsullarıma da şərait yaransın. Bununla da Azərbaycan özü də bu formada xarici investor kimi çıxış edərək başqa ölkələrin kənd təsərrüfatına sərmayə yönəldə bilər. Artıq son vaxtlar bizim regionlarda istehsal infrastrukturunun yenilənməsi başladı. Ancaq bundan öncə regionlarda sosial və istehsal infrastukturu çox zəif idi .Təbii ki, bu da xarici investorları cəlb etmirdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB