Aprelin 1-də Buxarestdə Rumıniya Ticarət və Sənaye Palatası və Xarici İqtisadi Əlaqələr İdarəsinin təşəbbüsü, Dünya Türk İş Şurası (DTİŞ) Balkan Regional Bölməsi və Türk İş Adamları Dərnəyinin (TİAD) birgə təşkilatçılığı ilə "DTİŞ Balkan Sahibkarlarının Toplantısı" və Türkiyə-Rumıniya Biznes Forumu keçirilib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğanın da iştirak etdiyi tədbirdə Rumıniya və digər Balkan ölkələri arasında işgüzar əlaqələrin inkişafı, türkiyəli iş adamları və sahibkarların Rumıniya və Balkan ölkələrinə yatıracaqları sərmayələr, Türk diaspor təşkilatlarının bu istiqamətdə atdığı addımlar və digər məsələlər müzakirə edilib. SOCAR-ın Rumıniya nümayəndəliyi də forumda fəal iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB