Nicat Hacızadə: “Davos Forumu Azərbaycan üçün yadda qalan olacaq” AÇIQLAMA

Nicat Hacızadə: “Davos Forumu Azərbaycan üçün yadda qalan olacaq” AÇIQLAMA

"İlk növbədə qeyd edim ki, Davos İqtisadi forumunun 2015-in builki müzakirələrində dünya bazarlarındakı mövcud durum, aparıcı valyutaların məzənnələrindəki dəyişikliklər, neft bazarındakı qiymətlər əsas yeri tutub. Bu da təbii ki, hazırda kağız pulların dəyərdən düşməsi, neftin qiymətində disbalanslıqla əlaqədardır". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib.

O bildirib ki, keçən illərlə müqayisədə bu il Davos İqtisadi Forumunda ən çox müzakirə olunan məsələ, məzənnələrin qorunması və neftin qiymətinə uyğun hərəkət etmə amilidir: " Davosda əsas müzakirə məsələlərindən biri dünyada, o cümlədən Azərbaycanda iqtisadi tarazlığın qorunmasıdır. Nəzərə alaq ki, bu il neftdən gələn gəlirlərin azalması, proqnozlaşdırılan büdcə qiymətinin özünü doğrultmaması, o cümlədən daxili investisiya siyasətində bəzi təxirə salınmalar bu il üçün tarazlığın qorunması əlaməti daşıyacaq. O cümlədən, Davosa qatılan bütün ölkələrin əsas missiyası bu il inkişaf tempindən daha çox məzənnələrin qorunması, neftin qiymətinə uyğun hərəkət etmə prinsipləri daxildir".

Ekspert bildirdi ki, Davos İqtisadi Forumunda büdcə məsələlərinin daha çox narahat doğurduğu bir vaxtda Azərbaycanın bu Forumda I Avropa Oyunlarını təqdim etməsi, orada iştirak edən sahibkarlar və investorların da diqqətini cəlb etdi və I Avropa Oyunlarının önəmi nümayiş etdirilmiş oldu: "Bildiyiniz kimi Davos İqtisadi Forumunun digər forumlardan daha bir üstünlüyü ondan ibarətdir ki, orada bir sıra yüksək dövlət rəsmiləri, sahibkarlar və investorlar iştirak edir. Azərbaycanın da bu forum çərçivəsində Avropa Oyunları ilə bağlı təqdimat keçirməsi yuxarıda qeyd olunan prinsiplərlə müqayisədə digər təqdimatlardan üstünlüyünü daha da artırdı. Avropa Oyunları nəinki sadə vətəndaşların, həmçinin investor və sahibkarların da diqqətini cəlb etdi. Belə ki, Davos İqtisadi Forumu Azərbaycan üçün orada müzakirə olunana məsələlərlə yanaşı, I Avropa Oyunlarının təqdimatı ilə yadda qala bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə