Qubada 2 yeni körpü tikilib FOTOLAR

Quba-Qonaqkənd avtomobil yolunun 35-ci, 36-cı km-də iki yeni körpünün tikintisi başa çatdırılıb. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən məlumat verilib. Biraşırımlı körpülərin uzunluğu 30 m, qabariti isə 9,5 metrdir.

Hazırda yolun 41-ci km-də yeni körpünün tikintisi işləri davam etdirilir. Uzunluğu 27,3 m, qabariti 9,5 m nəzərdə tutulan körpüdə 1-ci dayağın gövdəsinin tikintisi başa çatmaq üzrədir, 2-ci dayağın isə karkası qurulur. Yaxın həftə ərzində sözügedən dayağın betonlama işlərinə başlanılacaq.

Yolun yenidən qurulması çərçivəsində əlavə iki yeni körpünün tikintisi, 3 mövcud korpünün sökülərək yenisi ilə əvəzlənməsi planlaşdırılır.

Qeyd edək ki, Quba-Qonaqkənd avtomobil yolu 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini özündə birləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə