İpoteka kreditləri üçün 50 milyon ayrılıb

İpoteka kreditləri üçün 50 milyon ayrılıb

Azərbaycanın 2015-ci il dövlət büdcəsi layihəsində müdafiə məqsədləri üçün nəzərdə tutulan xərclər ümumi büdcə xərclərinin 17,9%-ni təşkil edəcək. SİA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov gələn dövlət büdcəsinin parlamentdə komitələrin birgə keçirdiyi iclasında çıxışı zaman deyib.

Onun sözlərinə görə, 2015-ci il üçün nəzərdə tutulan müdafiə xərcləri 2014-cü ilin göstəricisindən 3,1% çox olacaq. Bura xüsusi təyinatlı layihələrin və tədbirlərin maliyyə təminatı ilə bağlı əsas bölmələrdə nəzərdə tutulmuş xərclər də daxildir.

Nazir həmçinin qeyd edib ki, dövlət büdcəsində əsaslı xərclər üçün 9366 mln. manat vəsait nəzərdə tutulub. Eyni zamanda gələn il üçün ipoteka kreditləri üçün 50 milyon manat vəsait ayrılıb ki, bu da cari illə müqayisədə 10 milyon manat çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə