İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılan araşdırmalar zamanı yayımlanan "Fresko" marketlər şəbəkəsinin reklamında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilib. Nazirlikdən SİA-yaverilən məlumata görə, bu marketlərdə satılan məhsulların digər marketlərdə satılan məhsullardan üstünlüyü fikrini yaradan "Fresko" market - ən yaxşısı sizin üçün" məzmunlu ifadədən istifadə edildiyi müəyyən edilib.
Bununla əlaqədar "Fresko" marketlər şəbəkəsinin məxsus olduğu "Azəri Retail" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Araşdırmalar davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB