Qəbələdəki zəlzələ zamanı rabitənin dayanıqlığı tam təmin edilib
Bu gün Qəbələdə ardıcıl üç zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 06:38-də Qəbələdən 22 km şimal-şərqdə qeydə alınıb. SİA-nın xəbərinə görə, zəlzələ episentrdə 6 bal, Qəbələdə 5 bal və respublikanın əksər rayonlarında 4 - 3 bal gücündə hiss olunub. İnsan tələfatı yoxdur.
Qəbələ Telekommunikasiya Qovşağının rəisi Şahin Tağıyevin verdiyi məlumata görə, zəlzələ rabitənin işində hər hansı problem yaratmayıb: "Bütün qüvvələrimiz səfərbərdir. Rabitə qəza briqadalarımız kəndlərdə rabitənin ümumi vəziyyətini yoxlayır. Birləşdirici xətlərdə hər hansı problem yoxdur. Blıq kənd EATS-nin binasında çatlar əmələ gəlib. Laza kənd EATS-də də bəzi problemlər var. Ümumilikdə vəziyyət yaxşıdır. Rabitə tam nəzarətdədir. Rayon rabitəsi dairəvi rabitə sisteminə qoşulduğundan Bakı və digər rayonlarla çıxışında hər hansı problem yaşana bilməz. Bir istiqamətdə rabitə kəsilsə, digər istiqamətdə rabitə avtomatik bərpa olunur".
Qeyd edək ki, Qəbələdə digər zəlzələ yerli vaxtla 08:55-də və 09:19-da baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB