"Bakı Metropoliteni" QSC yeni loqosunu ictimaiyyətə təqdim edib. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev SİA-ya açıqlamasında deyib ki, QSC-də artıq 2 aydır sənədləşmələrdə yeni loqodan istifadə edilir və qərara alınıb ki, yeni loqo ictimaiyyətə bu gün təqdim edilsin.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Sərəncamı ilə fevral ayında Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. "Bakı Metropoliteni" QSC-nin yeni əsasnaməsi və nizamnaməsi qəbul olunub. Ona görə də metronun loqosunu da dəyişmək istədik. İdeya da bu oldu ki, Bakı Metropolitenindəki beş hərəkət xəttinin rənglərindən ibarət, yəni sarı, mavi, bənövşəyi, qırmızı və yaşıl rəngli, "M" hərfi formasında bir loqo olsun. Artıq bütün sənədləşmələrdə yeni loqodan istifadə olunur".
N. Paşayev qeyd edib ki, sənədlərdəki dəyişikliklərlə yanaşı, gələcəkdə metronun giriş-çıxışlarında 5 rəngli lampalarla işıqlandırılmış loqoların quraşdırılması da planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB