AMB-nin valyuta ehtiyatları 15,163 milyard dollar təşkil edir

2014-cü ilin birinci yarısının yekunları üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan strateji valyuta ehtiyatları 15,163 milyard dollar təşkil edir. SİA-nın AMB-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, illik hesablamada bankın valyuta ehtiyatları 19,2 faiz, yaxud 2,44 milyard dollar artıb. Müqayisə üçün: ötən ilin yanvar-iyun aylarında onların həcmi 12,72 milyard dollar olub.

Əvvəlki illərdə olduğu kimi, ölkənin hazırkı mövqeyi əlverişli səviyyədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...