Tovuz taxılçıları indiyədək 35,2 sentner məhsul götürüblər

Tovuz taxılçıları indiyədək 35,2 sentner məhsul götürüblər

Tovuz rayonunun taxılçıları biçin kampaniyasını uğurla davam etdirirlər. SİA-nın verdiyi məlumata görə, cari ilin məhsulu üçün rayonda 9 min 633 hektar sahədə taxıl becərilmişdir. Bunun 9 min 401 hektarı buğda, 232 hektarı arpadır.

İndiyədək arpa sahələrinin 232 hektarında, buğda zəmilərinin isə 4.238 hektarında biçin aparılıb. Fermerlər və digər torpaq mülkiyyətçiləri biçilmiş zəmilərdən 14.918 ton məhsul götürüblər. Hələlik məhsuldarlıq hər hektardan orta hesabla buğda zəmilərində 35,2, arpa zəmilərində isə 24,6 sentner təşkil edir. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə