Xəstə heyvanlar zərərsizləşdirilib

Xəstə heyvanlar zərərsizləşdirilib

Ağstafa Rayon Baytarlıq İdarəsi tərəfindən rayonda həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, yayılmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq diaqnostik müayinələr keçirilir.

İdarədən SİA-ya verilən məlumata görə, növbəti diaqnostik müayinələr zamanı 5 baş iribuynuzlu mal-qarada və 7 baş törədici qoçda brusellyoz xəstəliyi aşkar olunub. Xəstə heyvanlar baytar həkimin nəzarəti altında zərərsizləşdirilərək təsərrüfatlardan çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə