Bakıda parkinq məsələləri yerli icra hakimiyyətlərinə veriləcək

Bakıda parkinq məsələləri yerli icra hakimiyyətlərinə veriləcək

Bakı şəhərində avtomobillərin saxlanılması (parkinq) məsələlərinin yerli icra hakimiyyətlərinə verilməsi nəzərdə tutulur. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib. Onun sözlərinə görə, hazırda bununla bağlı müvafiq mexanizm hazırlanır: "Yaxın vaxtlarda məsələ ilə bağlı ətraflı məlumat veriləcək".

O həmçinin "Bakubus" MMC-nin fəaliyyəti ilə bağlı məsələyə də aydınlıq gətirib: "Nəqliyyat Nazirliyində mövcud 33 daşıyıcı var idisə, "Bakubus" da həmin daşıyıcılardan biri idi. MMC olaraq tutaq ki, 200 avtobus alınacaq və nazirlik də onlara lisenziya verir. Bununla da avtobusları müəyyən marşrut xəttinə salırlar. Yeni avtobusların alınması üçün artıq onlara vəsait ayrılıb. Həmin avtobusları nə vaxt və necə alınacağı barədə isə heç nə deyə bilmərəm. Çünki bu onların səlahiyyətlərinə aid olan bir məsələdir. Bu barədə artıq müvafiq qərar qəbul edilib. Yeni avtobusların alınması və yerlərin təşkili üçün 30 milyon manat vəsait ayrılıb. Bir daha qeyd edim ki, "Bakubus" MMC növbəti daşıyıcı kimi Nəqliyyat Nazirliyinin müəyyən etdiyi nəqliyyat siyasəti üzrə hərəkət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə