Nazirlər Kabineti "Ölkədə sahibkarlığın inkişafı ilə bağlı digər mənbələrdə nəzərdə tutulan vəsaitlərin Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunda cəmləşdirilməsi haqqında" qərarında dəyişiklik edib. SİA-nın məlumatına görə, dəyişiklik Sahibkarlığa Kömək Milli Fondunda (SKMF) vəsaitlərin cəmləşdirilməsi ilə bağlıdır.
Bundan sonra SKMF-də informasiya-kommunikasiya texnologiyaları sahəsinə investisiya yardımları da cəmləşdiriləcək. Başqa sözlə, SKMF informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən kiçik sahibkarlara da güzəştli şərtlərlə kredit verə biləcək.
Xatırladaq ki, SKMF-in bu sahədəki səlahiyyəti Nazirlər Kabinetinin 30 avqust 2013-cü il tarixli qərarı ilə ləğv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB