Novorossiysk limanından 84 min 832 ton neft ixrac edilib

Novorossiysk limanından 84 min 832 ton neft ixrac edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilin may ayında Novorossiysk limanından 84 min 832 ton, Supsa limanından 161 min 315 ton, Ceyhan limanından 1 milyon 661 min 255 ton xam neft ixrac edib.

Şirkətdən SİA-ya verilən məlumata görə, ümumilikdə yanvar-may ayları ərzində Novorossiysk limanından 423 min 644 ton, Supsa limanından 1 milyon 210 min 535 ton, Ceyhan limanından isə 8 milyon 442 min 415 ton xam neft ixrac olunub.

ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-yə məxsus xam neft həcmlərini əks etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə