Azərbaycan-İspaniya Biznes Forumu keçirilib YENİLƏNƏCƏK-FOTO
Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan-İspaniya Biznes Forumu keçirilib. SİA-nın məlumatına görə, forumda Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin İsmayılov, İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsiya-Marqalyo, Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov, iş adamları və media nümayəndələri iştirak edib.
İqtisadiyyat və sənaye naziri Şahin İsmayılov deyib ki, Azərbaycan Cənubi Qafqazda aparıcı dövlətdir: "Ölkəmizin infrastrukturu imkan verir ki, Azərbaycan bütün sahələrdə mühüm nailiyyətlər əldə etsin. Son 10 ildə ölkəmizin iqtisadiyyatı 3 dəfə artıb və xarici borcu 8 faizədək azalıb. Bizim əsas məqsədimiz qeyri-neft sektorunun inkişafına nail olmaqdır. Hesab edirəm ki, bu kimi tədbirlərin keçirilməsi böyük əhəmiyyətə malikdir".
İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqalyo vurğulayıb ki, İspaniya ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq mövcuddur: "İspaniyada maliyyə sahəsində bir çox islahatlar həyata keçirilib və işsizliyin səviyyəsinin aşağı endirilməsi istiqamətində lazımi işlər görülüb".
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov isə Azərbaycanda investisiya mühiti və biznes imkanları haqqında təqdimatla çıxış edib.
Daha sonra iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB