Martda BTC-dən 2.1 faiz az neft nəql olunub

Martda BTC-dən 2.1 faiz az neft nəql olunub

Bu ilin mart ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 386 284 ton Azərbaycan nefti nəql olunub. Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) SİA-ya verilən məlumata görə, bu, ötən eyni dövrü ilə müqayisədə 2,1% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il aprel ayının 1-ə qədər BTC-yə 242 145 657 ton neft vurulub. Bundan başqa, bu ilin mart ayında BTC kəməri ilə 282 370 ton Türkmənistan nefti, 382 540 ton isə Qazaxıstan nefti nəql olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə