Səlim Müslümov: "Maraqlısı budur ki, mənzil növbəsinə yazılanaların sayı durmadan artır" İRAD

Səlim Müslümov: "Maraqlısı budur ki, mənzil növbəsinə yazılanaların sayı durmadan artır" İRAD

"Hazırda 5611 nəfər əlil və şəhid ailəsi mənzil növbəsindədir". SİA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müsümov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, onlardan 538-i bu il, 5073-ü isə növbəti 5 ildə mənzillə təmin olunacaq: "Maraqlısı budur ki, 1994-cü ildən etibarən bu günə qədər atəşkəs rejiminin olmasına baxmayaraq, mənzil növbəsinə yazılan əlil və şəhid ailələrinin sayı durmadan artır. Məsələnin aydınlaşdırılması məqsədilə qeyd olunan şəxslərin mənzil növbəsinə yazılması məsələsinə yenidən baxılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə