Azərbaycanla Gürcüstan arasında saziş imzalanıb

Azərbaycanla Gürcüstan arasında saziş imzalanıb

Gürcüstan və Azərbaycan gömrük sahəsində əməkdaşlıq haqqında saziş bağlayıb. SİA-nın xəbərinə görə, sənədi Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri İrakli Qvaramadze və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev imzalayıblar.

Sazişin imzalanması mərasimi Avropa Gömrük Administrasiyaları Beynəlxalq Konfransı çərçivəsində Tbilisidə baş tutub.

Sənədlə bağlı jurnalistlərə açıqlama verən İ.Qvaramadze söyləyib ki, sənəd qarşılıqlı əməkdaşlıq və informasiya mübadiləsini nəzərdə tutan vacib sazişdir: "Analoji sazişi bir çox dövlətlərlə imzalamışıq, yaxın qonşulardan isə yalnız Azərbaycan qalmışdı".

Bütün xəbərlər Facebook səhifəmizdə