Bu il Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi ilə əlaqədar müqavilələr imzalanacaq

Bu il Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi ilə əlaqədar müqavilələr imzalanacaq

Cari ildə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihəsi ilə bağlı bir sıra sazişlərin, o cümlədən ilkin işlər və boru kəməri qurğuları, həmçinin Azərbaycanda boru kəmərinin tikintisi üzrə müqavilələrin imzalanması planlaşdırılır. "bp-Azərbaycan" şirkətindən bildiriblər ki, bu il ilk boru partiyasının Azərbaycana gətirilməsi nəzərdə tutulur.

Boru kəməri üzrə 2014-cü il üçün əməliyyat xərclərinin 50 milyon dollar olacağı gözlənilir. Əsaslı xərclər isə CQBK-nin genişləndirilməsi işlərinin başlanması ilə əlaqədar 1 milyard 250 milyon dollaradək artacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə