Ölkəmizə gətirilən malların 5,1faizini bitki mənşəli məhsullar təşkil edib

Ölkəmizə gətirilən malların 5,1faizini bitki mənşəli məhsullar təşkil edib

Ölkəmizə idxal olunan malların 76,2 faizi və ya 8,1 milyard dolları uzaq xarici dövlətlərdən, 23,8 faizi (2.6 milyard dolları) MDB üzvü ölkələrindən daxil olub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, ölkəmizə gətirilən malların 25,7 faizini maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar, aparaturalar, 13,4 faizini quru yol nəqliyyat vasitələri, uçan aparatlar, üzən nəqliyyat vasitələri təşkil edib. Həmçinin 12,1 faizini az qiymətli metallar və onlardan hazırlanan məmulatlar, 8,7 faizini mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar, 7,6 faizini ərzaq məhsulları, spirtli və spirtsiz içkilər, sirkə, tütün, 7,0 faizini kimya sənayesi məhsulları, 5,1 faizini bitki mənşəli məhsullar və s. təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə