Dövlət rüsumunun ödənilməsi təmin edilib

Dövlət rüsumunun ödənilməsi təmin edilib

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2014-cü ilin yanvar ayı ərzində nəzarət məqsədi ilə 8 yoxlama aparılıb.

Maliyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, aparılan yoxlamalar nəticəsində sahibkarlıq subyektlərindən ekspertiza, analiz, əyarlanma və damğalanma məqsədilə 2307 ədəd məmulatın Xidmətə gətirilməsi təmin edilib. Gətirilməsi təmin edilən məmulatların üzərində mənşəyi məlum olmayan saxta ad və əyar damğalarının izləri müəyyən edilən və əyarlarının, üzərində göstərilən əyardan aşağı əyar olduğu aşkar edilib. Həmin məmulatların üzərində saxta ad və əyar damğalarının izləri təmizlənib və onlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb.

Nəzarət işləri zamanı Xidmətə gətirilməsi təmin edilən dövlət əyar damğası ilə damğalanmayan zərgərlik məmulatlarına görə 23 min 70 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə