Xəzər dənizi dünyanın ən iri karbohidrogen xammalı mərkəzidir

Xəzər dənizi dünyanın ən iri karbohidrogen xammalı mərkəzidir

Azərbaycanın neft və qaz sənayesinin, balıq istehsalının, su nəqliyyatının inkişafı Xəzər dənizi ilə bağlıdır. Eyni zamanda, ölkəmizin Xəzər dənizininin sahillərində yerləşməsi xalqımıza saf dəniz havası, gözəl sahil mənzərələri, bol günəş, narın qumlu çimərliklər, kurort imkanları əldə etməyə imkanlar yaradır. Bildiyimiz kimi, Xəzər dənizi beş ölkənin sərhəd ərazisində yerləşir. Düzdür, Xəzərin hüquqi statusunun müəyyənləşməsində hələ ki ətraf ölkələr ortaq məxrəcə gələ bilməyiblər. Rusiya Federasiyası, Qazaxıstan, ortaq məxrəcə gəlsə də, İran və Türkmənistan hələ də müəyyən tələblərlə cıxış etməkdədir. Bu isə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində problemlər yaratmaqdadır.

Kvotalara əməl edilirmi?

Bir sıra nəsli tükənməkdə olan heyvanlar üçün müəyyən kvotalar tətbiq olunur. Belə ki, Xəzərin Su Bioresursları Komissiyasının imzaladığı protokola əsasən, ötən illərdə Azərbaycan üçün ümumi ov kvotası 84 ton (nərə balığı üzrə 46 ton, uzunburun balığı üzrə isə 38 tondur), İran - 403 ton, Qazaxıstan - 171 ton, Rusiya - 268 ton və Türkmənistan - 62 ton müəyyənləşdirilib. Kökü kəsilməkdə olan yabanı flora-fauna növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya Xəzərdəki hər dörd növ nərə cinsli balığı "nəsli təhlükədə olan" canlılar siyahısına salıb. Xəzəryanı ölkələr, Türkmənistan istisna olmaqla, bu konversiyaya qoşulub. Hazırda dünyada kəşf olunmuş 27 növ nərə cinsli balığın 17 növünü məhv olmaq təhlükəsi gözləyir. Dünyanın təxminən 90 faiz kürüsü Xəzərdə istehsal olunur. Statistikaya əsasən, Xəzəryanı ölkələr kürü istehsalından ildə 1 milyard dollar məbləğində gəlir əldə edirlər.

Ekoloji problem

Neft-qaz ehtiyatına görə də, Xəzər dənizi dünyanın ən iri karbohidrogen xammalı mərkəzdir. Ekoloji xarakteristikasına görə, Xəzər dənizi çox vaxt digər qapalı hövzələr kimi öyrənilir. Qapalı hövzələrin isə müvafiq problemləri var. Dəniz sularının çirklənməsi Xəzərin ekoloji şəraitində böyük gərginliyə səbəb olub, onun bir sıra sahil bölgələrində isə ekoloji böhran yaradıb. Dənizin ekoloji şəraitinə Volqa, Kür hövzələrində bir sıra sututarların yaradılması da mənfi təsir göstərib. Bu sututarların dənizin səviyyəsinin kəskin azalmasına səbəb olub, digər tərəfdən bir sıra olduqca qiymətli balıq növlərini ənənəvi kürü tökmək yerlərindən məhrum edib. Bütün bunlar isə bir sıra canlıların məhvinə gətirib çıxarır. Digər tərəfdən isə həmin balıqlar istiqamətini dəyişərək Xəzərin digər hissəsinə keçirlər.

Ekoloji şəraitə dəniz səviyyəsinin tərəddüdləri də təsir göstərir. Dənizin səviyyəsi aşağı düşdüyü zaman şorluğu artır, balıqların sahil zonalarında qidalanması zəifləyir, oksigen çatışmazlığı yaranır. Dənizin səviyyəsi qaxdıqca isə suların şorluğu azalır, yem ehtiyatı artır. Xırda dəniz donanmalarının inkişafı iqtisadi və hərbi baxımdan əhəmiyyət daşısa da, çirkləndirici amil kimi onların da rolu az deyil. İri gəmilərin ixrac etdiyi axıntı suları çirklənmə mənbələrindəndir. 10 il müddətində həmin yerlərdə canlıların sayı azalır. Yeni limanların tikilməsi, gəmi istehsalı, neft və neft məhsullarının nəqli və s. suyun çirklənməsinin əsas səbəblərindəndir. Xəzərsahili ölkələrin hərbi dəniz donanmalarının yaradılması da həmin faktorlardandır. Bütün bu amillər dənizin fauna və florasının məhv olmasına gətirib çıxarır. Zəngin neft, qaz ehtiyatları dünyanın təbii qaz ehtiyatlarının 7 faizi Xəzər regionunun payına düşür ki, bu da 14 trilyon kubmetr təbii qaz deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə