Dövlət büdcəsinə vergi orqanlarından daxilolmalar 11% artıb

Dövlət büdcəsinə vergi orqanlarından daxilolmalar 11% artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6 245,439 mln. manat vəsait daxil olub. Vergilər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlimata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,8% çoxdur.

Bu məbləğin 37,9%-i mənfəət vergisi, 24,7%-i əlavə dəyər vergisi, 12%-i fiziki şəxslərin gəlir vergisi, 7,5%-i aksizlər, 17,9%-i isə digər vergilərin payına düşüb. Qeyri-neft sektoru üzrə büdcəyə 3 409,294 mln. manat vəsait daxil olub.

Yanvar-noyabr aylarında respublika üzrə 66 162, o cümlədən elektron qaydada 30 221 (45,7%) vergi ödəyicisi qeydiyyata alınıb. Bu ilin dekabrın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 533 093 təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 11,8% çoxdur.

Hesabat dövründə ölkə üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,4% təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə