Vahid Əhmədov: “Xəzərin hüquqi statusu məsələsinin həll olunması gündəmdədir”
"Xəzər Starteji İnstitutu tərəfindən keçirilən 3-cü "Xəzər forumu"nda Azərbaycanın təmsil olunması mühüm əhəmiyyət kəsb edir". Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, bu sammitdə müzakirə oluna biləcək məsələlərdən biri də, Xəzərin hüquqi statusu ilə bağlı məsələdir: "Bildiyimiz kimi, region dövlətlər Xəzər dənizindən neft-qaz hasil edirlər. Lakin Xəzərin hüquqi statusunun həll olunması ilə bağlı Xəzəryanı dövlətlər arasında hələ də razılaşma əldə edilməyib. Azərbaycan Xəzərin hüquqi statusuna hər zaman ciddi və məsuliyyətlə yanaşır. Azərbaycan regionda söz sahibi olan ölkələrdən biri olduğundan Xəzərin hüquqi statusu ilə bağlı məsələ də, məhz Azərbaycanın rəhbərliyi altında müzakirə edilə bilər".
Bu məsələdə Xəzəryanı dövlətlərin hər birinin maraqlı olduğunu deyən millət vəkili qeyd edib ki, Azərbaycan bu quruma həmsədrlik etmədən əvvəl bu kimi məsələləri diqqət mərkəzində saxlayıb: "Prezident İlham Əliyevin bu sammitə həmsədr təyin olunmasını yüksək dəyərləndirirəm. Bu, ölkəmiz üçün əhəmiyyətlidir. Xəzərin hüquqi statusunun bu sammitdə həll olunması gündəmdədir. Çünki Xəzər dənizinin ekoloji cəhətdən problemləri olduqca çoxdur. Xəzərin hüquqi statusu hələ bu zamana kimi öz həllini tapmayıb. Azərbaycan Xəzərin hüquqi statusunun həll olunmasına daim çalışır və əməkdaşlıq edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB