İlqar Orucov: “Alimlər dövlət qayğısı ilə əhatə olunub”

İlqar Orucov: “Alimlər dövlət qayğısı ilə əhatə olunub”

"Elmə ayrılan vəsait məqsədyönlü şəkildə elmi istiqamətlər üzrə paylanır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant, Magistrlar cəmiyyətinin sədri İlqar Orucov söyləyib. Onun sözlərinə görə, ilk növbədə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən elmi sahələr müəyyənləşdirilməli və həmin istiqamətlərin inkişafına daha çox vəsait ayrılır: "Bununla yanaşı, respublikada elmi tədqiqatların əlaqələndirilməsinə diqqəti artırılır. Bu gün xeyli sayda təkrar elmi tədqiqatlara rast gəlinir. Lakin ayrılan vəsait səmərəli istifadəsi üçün daha effektiv koordinasiya sistemi olmalıdı. Bu zaman köhnəlmiş elmi istiqamətləri müəyyənləşdirmək və onları aradan qaldırmaq olar.

Qeyd etməliyəm ki, bir çox hallarda eyni tədqiqat bir neçə müəssisədə aparılır və yenə də vəsaitin israfı deməkdir. Bununla yanaşı, elmi tədqiqatlarda mobillik olduqca zəruridir. Maraqlıdır, bəlkə də bizdə çox az sayda faktlar var ki, eyni və ya yaxın ixtisaslı elmi mütəxəssislərin qrup şəklində tədqiqatlar aparsınlar. Əgər konkret elmi istiqamətlərə vəsait ayrılsa düşünürəm kollektiv tədqiqat qrupları formalaşa bilər. Həmçinin elmlərin kəsişməsində tədqiqatlara diqqət artırılmalıdır. Elmin inkişafı dövlətin elm strategiyasının həyata keçirilməsi ilə paralel olaraq elmə ayrılan vəsaitin artırılması hesabına baş verə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə