“Qeyri-neft sektoru inkişaf etdirilir”

“Qeyri-neft sektoru inkişaf etdirilir”

"2012-ci ildən başlayaraq, ölkədə neft hasilatında müəyyən azalmalar baş verir. Bu azalmalar qeyri-neft sektorundan əldə olunan gəlirlər hesabına qarşılanır". SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov belə deyib.

Onun sözlərinə görə, bu azalmalar illər keçdikcə daha da artacaq: "Belə ki, gələn il, yəni 2014-cü ildə neft sektorunda müşahidə olunan azalmalar daha da artacaq. Neftin hasilatının aşağı düşməsi büdcənin gəlirlərinin azalmasına səbəb olacaq. Vəziyyətdən yeganə çıxış yolu qeyri-neft sektorunun inkişafıdır. Biz artıq bir neçə ildir ki, hər il qeyri-neft sektorunun 10-11 faiz inkişafına nail oluruq. Kənd təsərrüfatı sahəsi ilə məşğul olan şəxslərin vergidən azad olunması, yalnız torpaq vergisi verməsi ölkə başçısı tərəfindən qeyri-neft sektorunun inkişafı üçün atılan növbəti addımlardandır. Dövlət hər zaman qeyri-neft sektorunun inkişafına diqqət ayırıb, son illərdə isə biz bu diqqətin daha da artdığının şahidi oluruq. Qaradağda, Sumqayıtda, Balaxanıda və Gəncədə sənaye parklarının, Beyləqanda isə fermer təsərrüfatının yaradılması buna əyani sübutdur. Bütün bunlar onu göstərir ki, ölkə başçısı İlham Əliyev hər bir sahənin inkişafına, xüsusilə qeyri-neft sektorunun genişləndirilməsinə, bu sahədən əldə olunun gəlirlərin artırılmasına nail olur".

Bütün xəbərlər Facebook səhifəmizdə