Əli Abbasov: "Rabitə xidməti tariflərinin aşağı salınması siyasətini davam etdirəcəyik" ŞƏRH

Əli Abbasov: "Rabitə xidməti tariflərinin aşağı salınması siyasətini davam etdirəcəyik" ŞƏRH

"Hesab edirəm ki, nazirlik Azərbaycanda rabitə xidməti tariflərinin aşağı salınması siyasətini davam etdirəcək". SİA xəbər verir ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Tarif (qiymət) Şurasının yeni tariflərin müəyyənləşdirilməsi ilə bağlı qəbul etdiyi qərarı şərh edərkən belə deyib.

Onun sözlərinə görə, Tarif Şurası tərəfindən qəbul edilən son qərar nəticəsində bütün rabitə tarifləri, o cümlədən beynəlxalq telefon danışıqları və digər xidmətlərin tarifləri aşağı salınıb: "Bütün dünyada qəbul olunmuş prinsiplərə əsasən, Azərbaycanda mobil rabitə sektorunda olduğu kimi, stasionar telefon rabitəsi sahəsində də danışıq dəqiqələrinin hesablanması sisteminin tətbiqinə çalışır. Bu həyata keçirilərsə, heç kim itirməyəcək. Lakin hələ ki, bizim abonentlər buna hazır deyil. Bu məsələyə gələcəkdə baxıla bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə