"Bakı şəhəri yaxınlığında inşa olunan yeni gəmiqayırma zavodu üçün artıq sifarişlər var". SİA-nın xəbərinə görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev belə deyib.
Onun sözlərinə görə, təkliflər əsasən Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və BP-nin "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" layihələri üçün lazım olan gəmilərdir: "Hazırda Fövqəladə Hallar Nazirliyi üçün də gəmilərin layihələri hazırlanır. Cari ilin sonu - gələn ilin əvvəli bu layihələr hazır olacaq. Artıq gələn ildən gəmilərin inşasına başlamaq istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB