Sentyabr ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla 2806,9 min ton, yaxud keçən ilin müvafiq dövründə olduğundan 132,1 min ton çox taxıl, 736,3 min ton (29,5 min ton çox) kartof, 988,5 min ton (20,5 min ton çox) tərəvəz, 340,4 min ton (9,0 min ton çox) meyvə və giləmeyvə, 398,1 min ton (1,3 min ton çox) bostan məhsulları, 31,9 min ton (306 ton çox) üzüm, 2169,4 ton (332,2 ton az) tütün, 399,3 ton (3,9 ton çox) yaşıl çay yarpağı toplanıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, ilin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 304,7 min tona, süd istehsalı 7,1 faiz artaraq 1227,1 min tona, yumurta istehsalı 15,2 faiz artaraq 914,6 milyon ədədə, yun istehsalı 4,2 faiz artaraq 15,6 min tona çatıb.
Beləliklə səkkiz ay ərzində iqtisadiyyatın aqrar bölməsində ötən ildə olduğundan 4,5 faiz çox kənd təsərrüfatı məhsulları istehsal edilib, o cümlədən bitkiçilik məhsulları istehsalı 3,9 faiz, heyvandarlıq məhsulları istehsalı 5,2 faiz artıb.
Məlumat üçün bildirək ki, aqrar bölmədə kənd təsərrüfatı məhsullarının yığımı davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB