Təbii qazla təmin olunan abonentlərin sayı 1 569 860-a çatıb

Təbii qazla təmin olunan abonentlərin sayı 1 569 860-a çatıb

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, sentyabrın 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 569 860-a çatıb ki, bunların da 1 550 854-ü əhali, 19 006-ı isə qeyri-əhali abonentidir. Şirkətin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, həmin abonentlərin 681 842-i Bakı şəhəri (672 030 əhali, 9 812 qeyri-əhali abonenti), 888 018-i isə regionların ( 878 824 əhali, 9 194 qeyri-əhali abonenti) payına düşür.

Məlumata əsasən 1 sentyabr 2013-cü il tarixə olan məlumata əsasən, əhali abonentlərinin mənzillərində 782 825 ədəd "smart-kart" tipli sayğac quraşdırılıb.

Xatırladaq ki, 2013-cü ilin yanvarın 1-ə olan məlumata görə, bu rəqəm 594 min təşkil etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə